Son bir ayda kriptovalyuta bazarındakı canlanma sonuncu dəfə nə vaxt olduğu yadıma gəlmir. Nəticə olaraq Bitcoin, Ethereum və digər altcoin-lərin qiymətləri günü gündən qalxır. Ən nəzərə çarpan artışlar isə Bitcoin və Ethereum-un qiymətlərində olub. Qiymət artışlarını izləmək üçün: Coinmarketcap.com.

Bəs nə üçün qiymətlər artır? Şəxsən mən kriptovalyuta qiymətlərinin artımında 3 səbəb görürəm:

  1. Böyük şirkət və bankların Blockchain-ə inanaraq öz layihələrində tətbiq etmələri;

    Blockchain, blockchain, yenə də blockchain… Böyük şirkət və korporasiyaları maraqlandıran əsas məsələ blockchaindir və onlar həvəslə bu yeni texnologiyanı öz biznes proseslərində tətbiq etməyə başlayıblar. MicrosoftİBMEthereum blockchain-i əsasında BaaS (Blockchain as a Service) təqdim edirlər. SAP də blockchain əsaslı servis xidməti qurur. Üstəlik bu xidmətləri istifadə edən beynəlxalaq bank və şirkətlərin də sayı artmaqdadır. Məsələn Norvegianın Skandiabanken internet bankı, Hindistanın Kotak Mohandra bankı və digərləri artıq Blockchain inteqrasiyasına başlayıblar. Təbii bunlar yeganə şirkətlər və səbəblər də deyil. Müxtəlif ölkələrin öz dövlət xidmətlərində blockchain tətbiqi və kriptovalyutalar ilə bağlı pozitiv qərarların qəbulu da, blockchain nəticəsində əmələ gələn Kriptovalyutaların dəyərlərindəki artışa səbəb olurlar.
  2. Altcoinləri almaq üçün BTC və ETH-yə tələbatın artması.

    Hal-hazırda bir çox birjalarda yalnız BTC və ETH-ni rahatlıqla ala bilərik. Digər valyutaları əldə etmək üçün isə, BTC və ya ETH ilə dəyişmək yolu ilə əldə etmək mümkündür. Qiymət artımlarına diqqət etsək görə bilərik ki, məhz bu iki kriptovlayutanın qiyməti digərlərinə nisbətdə daha kəskin artıb. Eyni zmanda, digər valyutalara da (məs. Ripple, Dash, Lightcoin, Monero, Zcash, Storj və s.) maraq yüksəlib. Həmin altcoinləri almaq istəyən şəxslər yuxarıda qeyd etdiyim səbəblərdən dolayı, məcburən BTC və ETH almalıdırlar ki, sonradan istədikləri valyutalara dəyişə bilsinlər.Məhz bu kriptovalyutalara tələbatın artmasından dolayı, qiymətləri də artır. Digər altcoinlərin qiymətlərində artım olsa da, dəyər olaraq hələ çox geridə qalıblar.

  3. Yüngül pul qazanmaq üçün marağın artması.

    Şübhəsiz kriptovalyutlara son zamanlar maraq çox artıb. Bir çox hallarda insanlar BTC və digər altcoinlərin haradan, necə və ən əsası nə üçün əmələ gəldiyini bilmədən, sadəcə qiymət artımına görə diqqətlə izləməyə başlayıblar. Məsələdən geri qalmamaq üçün, müəyyən qədər pul xərcləyib, kriptovalyuta almaq istəyirlər. Təbii, pul verib aldıqdan sonra, insan başlayır maraqlanmağa ki, bu nədir, nə deyil. Ancaq, məncə əvvəlki illərlə müqayisədə, bu cür yanaşma kütləvilik halına çevrildiyindən, nəticədə bu özünü BTC və digər kriptovalyutaların artımında biruzə verməyə başlayıb.

Buy Bitcoins with Credit Card


Also published on Medium.