Bitcon-dən sonra Ethereum və digər kriptoların sadə izahatına keçməmişdən öncə, istədim bütün kriptoların özəyi olan BLOCKCHAİN haqqında sadə izah verim ki, bütün bu hay-küyün nədən qaynaqlandığını başa düşəsiniz.

Blockchain nədir?

Əvvəl də izah etdiyim kimi, blockchain mərkəzləşdirilməmiş məlumatlar bazasıdır. Ənənəvi məlumatlar bazası əsasən bir serverdə yerləşdirilir və paralel olaraq backup (surəti) -i alınaraq başqa bir neçə serverdə saxlanıla bilinir. Ancaq, bu məlumatlar bazasına hər zaman kimsə bir nəfər nəzarət edir.

Blockchain mövzusunda isə məsələ fərqlidir. Məlumatlar bazası bölünərək, öz kompyuterinə xüsusi proqramı quraşdırmış milyonlarla kompyuterdə yerləşir. Blockchain bu halı ilə qlobal bir kompyuter rolunu oynayır və həmin məlumatlar daim kopyalanaraq daha çox kompyuterin yaddaşında saxlanılır. Torrent – in necə işlədiyini bilirsinizsə, burada da eyni mövzudur, sadəcə musiqi, kino əvəzinə, aparılmış əməliyyatların tarixçəsi qalır yaddaşlarda.

Bəs blockchainin iş prinsipi necədir? Adından da anlaşıldığı kimi Block-lardan ibarət Chain (zəncir) düzülüşü, yəni hər yeni məlumat bloku, zəncirvari olaraq ard-arda düzülür. Bu metod digərlərinindən onunla fərqlənir ki, aparılan hər hansı bir əməliyyatın doğruluğunu (bu blockchainə bağlılığını) təsdiq etmək üçün, ilk blokdan bir-bir yoxlanılaraq, sona gəlinir və yekun blok yaradılaraq zəncirin sonuna əlavə olunur.

Bitcoin blockchainin-də bu tranzaksiyaların taxiçəsi, məbləğ və ünvanlardan ibarət məlumatdır. Fərqli məntiq əsasında qurulmuş blockchainlər də saxlanılan məlumatlar da fərqli ola bilir. Məni hər zaman bir sual maraqlandırırdı; Əgər bitcoin blockchaini yalnız tranzaksiyaların qeydini aparırdısa, o zaman ilk blok nəyin qeydini aparıb və haradan yaranıb? Cavab çox sadədir: ilk blok Genesis blok və ya Sıfırıncı blok deyə adlandırılır.

Genesis blok-da faktiki olaraq heç bir məlumat olmur. Onun yaranma səbəbi yalnız blockchain-in funtamentini qoymaqdır. Bitcoin blockchainin 0 blokunda bu mesaj qoyulmuşdu: “The Times 03/Jan/2009 Chancellor on brink of second bailout for banks.”… Həmin bu 0 block mayn olunması nəticəsində ilk 50 btc əmələ gəlmiş və 1-ci block yaranaraq, 0 bloka birləşmişdir. Bundan sonra blocklar yalnız btc transferi nəticəsində yaranaraq, zəncirvari olaraq düzülüb.

Əlavə olaraq onu qeyd etmək lazımdır ki, hal-hazırda bazarda həm qapalı, həm açıq, həm də hibrid blockchainlər mövcuddur.

Açıq blockchainlər onlardır ki, hər kəs üçün açıqdır və istənilən şəxs öz kompyuteri ilə qoşularaq, mayninq prosesində iştirak edə bilər və bunun qarşılığında müəyyən qədər coin qazanar. Məsələn, #bitcoin#ethereum#litecoin#dash və s. bu tip açıq blockchainlərlə işləyirlər.

Qapalı blockchainlər isə bu və ya digər səbəbdən qapalı şəbəkə daxilində, ona qoşulmuş kompyuterlər arasında məlumat mübadiləsi nəticəsində mayn olunaraq yaradılmış kriptolar üçündür. Məsələn Top 5-də olan #Ripplekriptovalyutasını kənardan heç kəs qoşularaq mayn edə bilməz. Bu kriptovalyutanın yaradılmasının əsas məqsədi, banklar arası pul köçürmələrini sürətləndirməkdir və müəyyən sayda token yaradılaraq şəbəkədə istifadəyə verilib.

Hibrid blockchainlər (adı özüm qoydum) – müxtəlif cür olur və bu növ BC-ni dəqiq coin üzərində izah etmək daha rahatdır. Məsələn, Ethereum blockchaini açıqdır və istənilən şəxs qoşularaq, mayninq prosesində iştirak edərək, ethereum qazana bilər. Bundan əlavə olaraq Ethereum protokolu üzərində siz təmamilə yeni məntiq ilə işləyən öz blockchain layihənizi qura bilər və öz tokenlərinizi yaradaraq dövriyyəyə buraxa bilərsiniz. Bu zaman sizin tokenlər ethereum mayninq olunduqca, yaranır ancaq məhz sizin yaratdığınız tokenlər mayn olunmur. Məsələn Gnosis tokeni, ethereum blockchaini üzərində qurulub və müəyyən sayda satışa buraxılmışdır, limitlidir və yenidən mayn oluna bilməz.

Digər bir misal, waves platforması həm özü qapalı blockchaində fəaliyyət göstərir, həm də öz blockchaini üzərində bir neçə saniyə ərzində istədiyiniz adda, istədiyiniz sayda yeni tokenlər yaratmaq imkanı verir. Təbii sizin tokenləri də kimsə mayn edə bilməz.

Hər iki misalda yeni yaradılmış coinlər (tokenlər) ana blockchain üzərində qeydiyyata düşür və işləyir. Axırı bir az qəliz oldu, ona görə də suallarınız olarsa, şərhlərdə soruşa bilərsiniz.

 

REKLAM: Bitcoin almaq istəsən BURA KLİKLƏ


Also published on Medium.