Bu dəfə sizlərə Blockchain əsaslı Cloud xidməti təklif edən Storj platforması haqqında bəhs etmək istərdim. Mövzu genişdir, ancaq çalışacağam əsas məqamları açıqlayaraq, sizin də bu sistemdən necə yararlana biləcəyinizi izah edim…

İlk olaraq Storj-dan öz fayllarınızı cloud-da saxlamaq üçün istifadə edə bilərsiniz. Qiymətləri çox ucuzdur və səbəbini də aşağıda izah edəcəyəm. Əsas odur ki, indi qeydiyyatdan keçsəniz sizə bir illik hər ay üçün 25GB cloud yeri hədiyyə olunacaq. Üstəlik BURA KLİKLƏSƏNİZ, əlavə olaraq ilk üç ay üçn sizə 50GB yer veriləcək. Bu məsələnin birinci tərəfi idi. İndi isə keçək Storj-dan necə qazana biləcəyinizi izah edək.

Blockchain əsaslı Cloud xidməti təklif edən Storj ilə necə qazanmaq olar?

Açıqlamadan da göründüyü kimi, Storj cloud xidməti təklif edir. Lakin, Amazon və ya Google cloud xidmətlərindən fərqli olaraq, Storj-un öz serverləri yoxdur. Əvəzində Storj öz cloud xidmətini, platformaya qoşulmuş adi şəxslərin kompyuterlərinin yaddaşlarında işə salır. Beyniniz qarışmadan Torrent-i misal göstərək. Bu xidmətin mərkəzi serveri yoxdur. Torrent proqramını yüklədikdə siz, məlumatı başqa şəxslərin kompyuterlərindən yüklədiyiniz kimi, eyni zamanda özünüz də şəbəkənin bir hissəsi kimi, kompyuterinizin yaddaşında olan məlumatları paylayırsınız. Bu hissəsi aydındırsa Storj-u demək olar ki, başa düşə bilərsiniz. Proses sadədir; Storj klient proqramını kompyuterə yükləyən şəxs, öz kompyuterinin yaddaşında bir Qovluq açaraq, onu Storj şəbəkəsinə bağlayır. Növbəti addımda həmin qovluğa ayıracağı həcmi də qeyd edərək, hesabını sistemdə aktivləşdirir.

Yəni bundan sonra, siz öz kompyuterinizin yaddaşının bir hissəsini Storj-un istifadəsinə vermiş olursunuz. Storj bu yeri Cloud xidmətindən istifadə etmək istəyən şəxslərə kirayə verir və həmin faylları kriptoqrafik şifrələyərək, parçalanmış halda müxtəlif şəxslərin kompyuter yaddaşlarında saxlayır. Və təbii buna görə Storj-a bu işdə yardımçı olan hər bir şəxs ilə, qazanclarını paylaşır.

Haqqlı olaraq sual yarana bilər ki, mən nə üçün öz fayllarımı kimlərinsə kompyuterində saxlamalıyam? Axı onları görüb, oğurlaya bilərlər… Diqqətli, olmusunuzsa bir az yuxarıda bu hissəni izah etmişəm. Sizin fayllar hissələrə parçalanaraq, kriptoşifrələnir və ayrı-ayrı kompyuterlərin yaddaşlarında saxlanılır. Yalnız fayl sahibi öz fayllarını açıb baxa bilər. Yəni siz, fayl paylaşmayın, Storj partnyoru kimi öz kompyuterinizdə kimlərinsə fayllarını saxlayırsınızsa, siz də onları açıb baxa bilməzsiniz. Həm sizin nəyinizə lazımdır? Pulunuzu qazanın…

Ödənişləri isə Counterwallet-də hesab açaraq ora qəbul edə bilərsiniz. Storj kriptovalyutasının adı SJCX adlanır və dəyəri 1 SJCX = $0.6540 təşkil edir.

Əlavə olaraq isə onu qeyd edim ki, Storj platforması Ethereum Blockchain əsasında işləyir və sabah Kraudfandinq keçirərək, öz tokenlərini satışa çıxartmaq niyyətindədirlər.


Also published on Medium.